Riyaziyyat departamentinin professorunun məqaləsi “Malaya Journal of Matematik” jurnalında

Xəzər Universiteti Riyaziyyat departamentinin professoru Biləndər Allahverdiyevin “On the dissipative conformable fractional singular Sturm-Liouville operator” (“Uyğun fraksiyalı dissipativ sinqulyar Şturm-Liuvill operatoru haqqında”) adlı həmmüəllifi olduğu məqalə “Malaya Journal of Matematik” jurnalında (2023, Cild 11, № 4) dərc olunmuşdur. Qeyd edək ki, “Malaya Journal of Matematik” jurnalı MathSciNet (Mathematical Reviews) və Zentralblatt MATH bazalarında indekslənib.