Riyaziyyat departamentinin professorunun məqaləsi “Mathematica” jurnalında
Xəzər Universiteti Riyaziyyat departamentinin professoru Biləndər Allahverdiyevin “Nonlinear fourth-order dynamic equations on unbounded time scales” (“Qeyri-məhdud zaman şkalasında dördüncü tərtib qeyri-xətti dinamik tənliklər”) adlı birinci müəllifi olduğu məqalə “Mathematica” jurnalında (2023, Cild 65 (88), № 2) dərc edilmişdur. Qeyd edək ki, “Mathematica” jurnalı “Scopus” verilənlər bazasında indeksləşdirilib.