Siyasi elmlər və fəlsəfə departamentinin müdiri "Azərbaycanın münaqişədən sonrakı müdafiə və təhlükəsizlik siyasəti" adlı konfransda
2023-cü il dekabrın 7-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın münaqişədən sonrakı müdafiə və təhlükəsizlik siyasəti” adlı konfrans keçirilib. Konfransı giriş sözü ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Dr. Fərid Şəfiyev açıb. Nazir müavini Araz Əzimov əsas məruzə ilə çıxış edib.