Siyasi elmlər və fəlsəfə departamentinin müdiri ölkə TV-lərində
Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev 2023-cü il noyabrın 13-də Yeni TV-nin “Gündəm” proqramında, noyabrın 25-də isə ARB24 TV-nin eyniadlı “Gündəm” verilişində iştirak etmişdir. Departament müdiri hər iki kanalda Ermənistan-Azərbaycan münasibətlərini təhlil edərək, iki ölkə arasında davam edən sülh danışıqları ilə bağlı fikir və mülahizələrini bildirmişdir.