Tələbələrimiz ümumrespublika bədii-qiraət müsabiqəsinin final mərhələsində
2023-cü il noyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 100 illiyi münasibətilə “Söz duyğusu, sənət sevdası” devizi altında ümumrespublika bədii-qiraət müsabiqəsinin ikinci mərhələsi keçirilib. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, Dos. Dilbər Zeynalovanın rəhbərliyi ilə İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Gülcənnət Məmmədli və fil.ü.f.d.Sevinc Qəmbərovanın rəhbərliyi ilə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Vəlixan Vəlixanlı müsabiqədə iştirak edərək, 70-dən çox tələbə arasından final mərhələsinə vəsiqə qazanıblar. Müsabiqədə Gülcənnət Məmmədli Ramiz Rövşənin “Təpədən dırnağa hirs içindəyəm” şeiri, Vəlixan Vəlixanlı isə Rəsul Rzanın “Mən torpağam” şeiri ilə çıxış ediblər.