Xəzər Universitetində Somatik Hüceyrə Nüvəsi Transferi üzrə 1-ci Birgə Elmi Seminar keçirilib
Reproduktiv biotibb və kök hüceyrə tədqiqatları ilə dünyada tanınan, İranın qabaqcıl tədqiqat mərkəzi olan Royan İnstitutunun alimləri noyabrın 28-dən 29-dək Xəzər Universitetində olub, noyabrın 28-də maraqlı seminar proqramı ilə çıxış etmişlər. Somatik hüceyrə nüvə transferinə (SCNT) həsr olunmuş seminar Xəzər Universitetinin Həyat elmləri departamentinin akademik heyəti tərəfindən təşkil olunmuşdur.