“Xəzər”in əməkdaşları Latviya Respublikasının 105 illik yubileyində
2023-cü il noyabrın 17-də Latviyanın Azərbaydandakı səfirliyində Latviya Respublikasının 105-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Səfirliyin dəvəti ilə tədbirdə Xəzər Universitetinin İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva da iştirak etmişlər. Mərasim Azərbaycanın və Latviyanın Dövlət himnlərinin ifası ilə başlanıb.