“Xəzər”in müəlliminə həsr olunmuş məqalə “525-ci qəzet”də

14 dekabr 2023-cü ildə nəşrdən çıxan “525-ci qəzet”də Əli Bəbiroğlunun “Xəzər”in müəllimi, şair-publisist Qardaşxan Əzizxanlıya həsr olunmuş yazısı dərc olunmuşdur. Yazısını “İnsan ömrünə tale kimi gələn şeirlər” adlandıran müəllif burada Qardaşxan Əzizxanlını həm dost kimi, həm şair kimi vəhdətdə poetik üslubla təsvir etmişdir. Qəhrəmanını “yerlə-göylə əlləşən” şair adlandıran müəllif onun yaradıcılıq yoluna və bu yoldakı mənəvi mübarizəsinə xüsusi diqqət çəkmişdir.