Haqqımızda

Faktlar və statistika

Xəzər Universiteti Azərbaycanda fəaliyyətə başlayan ilk ingilisdilli ali məktəbdir. 

Xəzər Universiteti Azərbaycanın təhsil siyasətində qabaqcıl rol oynayan ilk tədqiqat yönümlü özəl ali məktəbdir. 

Xəzər Universiteti Azərbaycanda sənaye və iş dünyası ilə, aparıcı yerli və beynəlxalq şirkətlərlə geniş əlaqəsi olan ali məktəblərdən biridir. 

Xəzər Universiteti haqqında film

Xəzər Universiteti Azərbaycanda yeganə Universitetdir ki, onun tədris siyasəti və diplomları Avropa və Amerikanın aparıcı Universitetləri tərəfindən tanınır. 

Xəzər Universiteti Azərbaycanda kredit sistemini tətbiq edən ilk ali məktəbdir. 

Xəzər Universitetində əsas təhsil dili ingilis dilidir. Bu, tələbələrin müasir dərsliklərdən istifadə etməsi, təhsillərini xaricdə davam etdirməsi, xaricdən gələn müəllimlərin effektli dərs deməsi və s. kimi işlərə geniş imkan verir. 

Xəzər Universitetində keyfiyyət həmişə əsas meyar olmuşdur.

Universitetdə yaradılmış «Ali təhsildə keyfiyyətin təminatı mərkəzi» ölkəmizdə bu sahədə fəaliyyətə başlayan ilk qurumdur. 

Xəzər Universitetində keyfiyyət həmişə əsas meyar olmuşdur.

Universitetdə yaradılmış «Ali təhsildə keyfiyyətin təminatı mərkəzi» ölkəmizdə bu sahədə fəaliyyətə başlayan ilk qurumdur. 

 

Graduate studies including Professional, Ph.D., Master programs and the most extensive MBA program in Azerbaijan have an important place in the University's education profile. 

Tariximiz

20 Dekabr 1990

1990-cı il dekabrın 20-də yaradılması üçün hazırlıq işləri görülməsi haqqında Nazirlər Soveti 286 saylı sərəncam vermişdir.

18 Mart 1991

1991-ci il martın 18-də Nazirlər kabinetinin 41 saylı qərarı ilə ölkəmizdə müxtəlif sahələr üzrə yüksək ixisaslı və ingilisdilli kadrlara olan ehtiyacı ödəmək məqsədilə yaradılmışdır.

10 aprel 1993

10 aprel 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan və ekspertizadan keçmişdir.

4 mart 1995

4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyatdan və ekspertizadan keçmişdir.

10 Sentyabr 2010

2010-cu il sentyabrında Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırma ilə əlaqədar araşdırma aparılmış və fevral ayının 15-də növbəti beş il üçün Xəzər universitetinə (070976 saylı) və ayrıca onun nəzdində olan Dünya məktəbinin fəaliyyətinə lisenziya (070977 saylı) verilmişdir.

28 oktyabr 2011

Təhsil Nazirliyinin akkreditasiya şurasının qərarına əsasən Nazirliyin 28 oktyabr 2011-ci il tarixli, 1726 nömrəli əmri ilə növbəti 5 il müddətinə akkreditə olunmuşdur.

Xəzərin sorağında

Hamlet İsaxanlı

Xəzər Universitetinin yaradılması və inkişafı ilə bağlı gerçəklər xatirimdə silinməz izlər buraxmışdır. Hadisələri düşüncəmin süzgəcindən keçirərək olduğu kimi tam səmimiyyətlə oxuculara çatdırmaq iddiasındayam. Ümid edirəm ki, "Xəzər"in sorağında keçirdiyim günləri yenidən və sizinlə bərabər yaşayacağıq. ISBN10 9952-20-034-X ISBN13 978-9952-20-034-8 

Yüklə(47.93 KB)